"Mançester Yunayted"in baş məşqçi postuna daha bir namizəd müəyyənləşib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" "Tottenhem"in çalışdırıcısı Mauritsio Poçettinonun alternativini tapıb.

Argentinalı mütəxəssislə razılıq əldə olunmasa, diqqətlər İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytə yönələcək. Rəhbərlik bu iki mütəxəssisdən birini mövsümün sonunda komandanın "sükanı arxası"na gətirməyi planlaşdırır. İngiltərə Futbol Federasiyası ilə müqavilə müddəti 2022-ci ilə qədər olan Sautqeytin illik məvacibi 3 milyon avrodu.

Qeyd edək ki, "Mançester Yunayted"i mövsümün sonuna qədər Ole-Qunnar Sulşer çalışdıracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest