"Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam"

"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evimdir, ailəmdir". Matç.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"a qayıdan Riçard Almeyda deyib.

Klubun rəsmi feysbuk səhifəsinə açıqlama verən milli komandamızın üzvü fikirlərini bölüşüb: "Burada hər kəsi tanıyıram. Gəlmişəm ki, komandamla birlikdə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, Almeyda 2012-18-ci illərdə çıxış etdiyi "Qarabağ"dan ötən ilin yayında ayrılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest