Kamran Quliyevin "Neftçi"də ən az işləmiş prezident kimi tarixə keçəcəyi haqda məlumat vermişdik. Klub sponsorları qərarını verib. Artıq onu əvəzləyəcək namizədlər də bəllidi. 

Cəmi bir neçə aydı klub prezidenti işləsə də, "flaqman"ı kubokdan biabırçı şəkildə uzaqlaşdırmaqla Kamran Quliyevə tərs sillə vuran Riad Rəfiyev "Neftçi"nin prezidenti olmağa əsas namizədlərdəndi.

Riad Rəfiyev Kamran Quliyevlə müqayisədə daha bacarıqlı və qabiliyyətli kadrdı, daha yaxşı reputasiyaya malikdi. Riad bəyin atası Rasim Rəfiyev "Neftçi" tarixinin unudulmaz prezidentlərindəndi, şəxsi vəsaitini kluba xərcləyib. "Ağ-qara" rənglərə könül verənlər Rasim müəllimi dərin ehtiramla xatırlayır. Klubun formasının üzərindəki "Riad" sözləri də stajlı azarkeşlərin yadından çıxmayıb. Amma saxta sponsor şouları ilə insanların fikirlərini başqa səmtə yönəltməyə çalışan Quliyevdən fərqli, kluba cibinin pulunu xərcləyən Rasim Rəfiyev bunu hansısa şou xatirinə etmirdi, əksinə, "Neftçi"ni doğma övladı kimi sevdiyini göstərirdi.

Allah Rasim müəllimə rəhmət eləsin, Riad bəyə can sağlığı versin. Riad bəy özü də "Neftçi"nin prezidenti olmaq istəyir. çünki, genetik səviyyədə bu klubu sevir və hazırda atasının mirasının başına açılan oyunları gördükcə çox üzülür.

Kamran Quliyevi əvəzləyəcək daha bir real namizəd isə "Keşlə"nin prezidenti Zaur Axundovdu. Axundov Rəfiyevdən fərqli, futbolda idarəçi kimi daha böyük təcrübəyə sahibdi. Lazım gələndə komandaya şəxsi vəsaitini xərcləyir. Məhdud büdcəylə "Keşlə"yə ölkə kubokunu qazandırdı. İdarəçiliyi və insanlığı ilə ən yuxarı dairələrin rəğbətini qazana bilib. Xarizmatik şəxsiyyətdi.

Şübhəsiz ki, həm Rəfiyev, həm də Axundov Quliyevdən daha layiqli namizədlərdi. Bu dəyişiklik yalnız və yalnız "xalq komandası"nın xeyrinə olacaq. Yeganə sual, nə vaxt? çox güman martda...

Hər halda, "Neftçi" azarkeşlərinin həsrətlə gözlədiyi gün uzaqda deyil!

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest