Türkiyənin "Başakşəhər" klubu ötən mövsüm "Fənərbaxça"dan icarəyə götürdüyü Deniz Türüçü birdəfəlik transfer edib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
28 yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Türkiyə millisinin üzvü ilə sözləşmənin digər detalları açıqlanmır.
 
Qeyd edək ki, Deniz Türüç 2019-cu ildən "Fənərbaxça"da çıxış edirdi. O, daha öncə "Kayserispor"un da uğurları üçün çalışıb.
 
"Başakşəhər" braziliyalı yarımmüdafiəçisi Julioano ilə də yollarını ayırıb. Klubun rəsmi saytı 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
 
Juliano da ötən mövsümün əvvəlindən "Başakşəhər"də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 32 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest