AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək çexiya - Danimarka oyunundan əvvəl "Einnews" nəşrinə açıqlama verib. Matc.az xəbər verir ki, o, Skandinaviya təmsilçisi Danimarkanın və Orta Avropa ölkəsi hesab edilən çexiyanın Azərbaycan paytaxtında oynamasına görə fəxr ediklərini bildirib:
 
"ümid edirik ki, bu oyundan sonra çexiya və Danimarka vətəndaşları ölkəmizə yaxından maraq göstərəcək və Bakıda keçiriləcək növbəti idman tədbirlərinə də qatılacaqlar".
 
Məmmədov daha əvvəl A qrupunda Türkiyə, Uels və İsveçrə kimi yığmaların da matçlarını məhz Bakı Olimpiya Stadionunda keçirdiyini xatırladıb: "Sabahkı oyunu səbrsizliklə gözləyirəm. Bu iki komanda Azərbaycanda bir çox azarkeşlər üçün yenidir. Lakin mümkün faciəni əzmkar çıxışa çevirən Danimarkaya çox ciddi dəstək veriləcək. Digər tərəfdən çexiyanın son turda Niderlandı məğlub etməsi fanatların yaddaşlarında qalıb. Hər iki kollektiv Aç-2020-də möhtəşəm anlar yaşayıb. Sabah kimin yarımfinala çıxacağını birlikdə görəcəyik".
 
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək çexiya - Danimarka oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest