Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Varşava təmsilçisi Yunanıstanın "Aris" komandasından Lindsey Rouzu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Rouz 2014-2016-cı illər aralığında Fransanın "Olimpik" (Lion) klubunda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest