İngiltərənin "Fulhem" komandasının yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, çempionşip təmsilçisinin "sükan"ı Marko Silvaya tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marko Silva ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Silvanın son klubu "Everton" olub. 43 yaşlı mütəxəssis 2019-cu ilin dekabrından işsiz idi.
 
ötən mövsüm Premyer Liqada mübarizə aparan "Fulhem" çempionatı 18-ci sırada bitirib və elitayla vidalaşıb. "Fulhem" yeni mövsümdə çempionşipdə çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest