Dağıstandan olan futbolçu əvvəllər Azərbaycanda "Neftçi", "Qəbələ", "İnter" (indiki "Keşlə") və "Sumqayıt" klublarının da formasını geyinib. Milliləşdirilmiş sağ cinah müdafiəçisi Azərbaycan yığmasında da oynamaq imkanı qazanıb. O, millimizdə 18 matça çıxıb.

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu Məhəmməd Mirzəbəyovu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Məhəmməd Mirzəbəyov 2019-cu ildən formasını geyindiyi "Sabah"dan bu yay ayrılıb. Müqaviləsinin müddəti bitən futbolçu ilə yeni sözləşmə imzalanmayıb. Bu üzdən də o, "Səbail"ə azad agent kimi keçib.
 
Dağıstandan olan futbolçu əvvəllər Azərbaycanda "Neftçi", "Qəbələ", "İnter" (indiki "Keşlə") və "Sumqayıt" klublarının da formasını geyinib. Milliləşdirilmiş sağ cinah müdafiəçisi Azərbaycan yığmasında da oynamaq imkanı qazanıb. O, millimizdə 18 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest