Azərbaycan çempionu "Qarabağ" heyətini gücləndirməkdə davam edir. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı Reynaldonun ardınca onun həmyerlisi Riçard Almeydanı da qaytarıb.

Artıq komandanın düşərgəsində olan yarımmüdafiəçinin icarə əsasında sabiq komandasında oynayacaq. Azərbaycan millisinin futbolçusu Qazaxıstanın "Astana" klubundan icarəyə götürüləcək.

Qeyd edək ki, Almeyda 2012-18-ci illərdə çıxış etdiyi "Qarabağ"dan ötən ilin yayında ayrılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest