Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin "Bristol Rovers" klubundan Erhun öztümeri transfer edib.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
İngiltərədə dünyaya gələn türk əsilli Erhun öztümer, karyerasına "çarlton Atletik" klubunda başlayıb. O, bu ölkədə "Peterboro", "Uolsoll", "Bolton" klublarında da forma geyinib. 2019-cu ildə yenidən "çarlton"a qayıdan Erhun, geridə qalan mövsümü "Bristol Rovers"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest