Braziliya futbolunun əfsanəsi Kaka yenidən evlənir. Matç.az xəbər verir ki, ölkəsinin milli komandanın sabiq futbolçusu aktrisa Ana Karolina Dias Ferreyra ilə ailə həyatı qurur.

"Qızıl top"u qazanan sonuncu braziliyalı artıq üç ildi məşhur xanımla münasibətdədi. Bir müddət sonra isə Kaka ilə Karolina da bunu KİV-də etiraf edib.

Bir sıra Braziliya seriallarının qəhrəmanı olan aktrisanın 31 yaşı var. O, həm də teleaparıcı kimi ölkəsində tanınır.

Bu, Kakanın ikinci evliliyi olacaq. Onun ilk həyat yoldaşı kilsədə çalışan xanım olub. Onların 10 illik evlilikdən iki uşaqları var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest