Toplanışda 5 oyuna çıxacaq "Qarabağ" növbəti matçını yanvarın 16-da Macarıstanın "Uypeşt" klubuna qarşı keçirəcək.
2019-cu ildə ilk oyununu bu gün keçirməli olan Azərbaycan çempionu "Qarabağ" bir müddət gözləməli olacaq. Matç.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağı təxirə düşüb.
Yanvarın 6-dan qonşu ölkədə hazırlıq keçən Ağdam təmsilçisinin ilk rəqibi "Botoşani" olmalı idi. Antalyadakı görüş Bakı vaxtı ilə saat 18:30-da başlamalı olsa da güclü yağış səbəbindən görüş keçirilməyib.
Toplanışda 5 oyuna çıxacaq "Qarabağ" növbəti matçını yanvarın 16-da Macarıstanın "Uypeşt" klubuna qarşı keçirəcək.
Yoxlama oyunu
12 yanvar
18:30. "Qarabağ" (Azərbaycan) – "Botoşani" (Rumıniya) (təxirə salındı)