"Bu, axı nə idarəçilikdi? Slavko Braliç, Qoran Paratski, Kvame Karikari "otxod"unu "Neftçi"yə gətirəsən, sonra göndərə bilməyəsən və çıxıb oyunçu tapa bilmədiyini deyəsən"

"ölkədə büdcəsi ən çox olan klublardan biri "Nefrçi" olsun, amma hələ də oyunçu gətirməyiblər". Matç.az xəbər verir ki bu fikirlər "Forza Neftçi" azarkeş qrupunun rəhbəri Sübhan Əliyevə məxsusdu.

Tribunadakı fəallığı ilə seçilən qrupun "Neftçi" rəhbərliyindən narazılığı artmaqda davam edir. Ən uğursuz nəticələr əldə olunarkən da komandanın yanında olan, lakin 2018-ci ilin sonlarında küsdürülən və tribunadan çəkilən azarkeşlər klubdakı idarəçiliyi qənaətbəxş saymır.

Əliyev feysbuk səhifəsindəki paylaşımında da Kamran Quliyevin prezidenti olduğu "Neftçi" düzgün idarə edilməməsini vurğulayıb: "Bu, axı nə idarəçilikdi? Slavko Braliç, Qoran Paratski, Kvame Karikari "otxod"unu "Neftçi"yə gətirəsən, sonra göndərə bilməyəsən və çıxıb oyunçu tapa bilmədiyini deyəsən. Atam balası, bu düşüncə ilə çempionluğa oynamaq olmaz. özünüz də gözəl bilirsiniz, Mirabdulla Abbasovla 2-ci dövrədə çempionluğa oynamaq şansın 10 faizdi".

Əliyev qış fasiləsinin arxada qalan hissəsini boşa verən, heç bir transfer gerçəkləşdirməyən Quliyev və komandasının yenə lazımsız futbolçular gətirəcəyini gözləyir: "Futbolçu gətirməkdə də gecikmişik. Qarşısına çempionluq məqsədi qoyan klub transferlərdə gec qalıb. Əgər yeni oyunçu Antalyada komandaya qoşulacaqsa, gələnlərin Braliç, Karikari, Paratskidən fərqi olmayacaq. Bunun üçün aylar öncə işləmək lazım idi. ümid edirik ki, mövsümün sonunda çempion olarıq. Yoxsa qarşınızda biz olacağıq. Nə çətinlik olsa da, büdcəmiz də var, klub kimi heç kimdən də az da deyil. Sadəcə bu yolda çempion olmalıyıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest