Azərbaycan millisinin də yarışdığı D liqasındakı yığmalara 750 min veriləcək. Həmçinin qrup mərhələsinin qalibləri bir o qədər də qazanacaqlar.

Millətlər Liqasına qatılan komandaların mükafat məbləğləri UEFA tərəfindən artırılıb. Matç.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitərilə məlumat yayıb.

Bildirilir ki, A liqasındakılar üçün iştirak haqqı 2 milyon 25 min, B liqasındakılara 1,5 milyon, C liqasında mübarizə aparanlara 1 milyon 125 min, Azərbaycan millisinin də yarışdığı D liqasındakı yığmalara isə 750 min veriləcək. Həmçinin qrup mərhələsinin qalibləri bir o qədər də qazanacaqlar.

ümumiyyətlə, Millətlər Liqasının qalibi 6 milyon, ikinci yeri tutan komanda 4,5 milyon, üçüncü yerin sahibi isə 2,5 milyon avro mükafat əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest