Futbol üzrə Gürcüstan çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların formasını geyindiyi komandaların dueli ilə əlamətdar olub.
 
Belə ki, Vüqar Bəybalayevin komandası "Telavi" doğma meydanda İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya" ilə qarşılaşıb. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. İbrahim isə sonadək ehtiyatda qalıb.
 
19 turdan sonra 15 xalı olan "Telavi" 10 komanda arasında 9-cudur. "Samtrediya" isə 10 xalla sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest