Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində baş tutan Paraqvayla oyun Argentina yığmasının hücumçusu Lionel Messi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, İspaniyanın "Barselona" klubunun formasını geyinən 33 yaşlı futbolçu bu görüşdə iştirak etməklə millidə 147-ci matçına çıxıb.
 
Bununla da Messi Argentina yığmasında ən çox oyun keçirmiş Xavyer Maskeranonun rekordunu təkrarlayıb. Lakin artıq karyerasını başa vurmuş Xavyerdən fərqli, Lionel hələ yığmada xeyli oyun keçirmək şansına malikdi. Bu da onu deməyə əsas verir ki, Messi elə Amerika Kubokunun qarşıdakı oyunlarında meydana çıxmaqla millinin mütləq rekordçusuna çevriləcək.
 
"Barselona" ilə də saysız-hesabsız rekordları olan Lionel Messi, Argentina yığmasındakı 147 oyunda 73 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest