23 yaşlı forvardın "Qəbələ"yə keçidi an məsələsidi. Qurbanov Gürcüstan çempionunun tibbi müayinədən keçəcəyini əlavə edib.

Gürcüstanın "Saburtalo" klubunun sabiq hücumçusu Davit Volkovi "Qəbələ"nin düşərgəsinə qoşulub. Bu barədə matç.az saytına açıqlamasında "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

O bildirib ki, 23 yaşlı forvardın "Qəbələ"yə keçidi an məsələsidi. Qurbanov Gürcüstan çempionunun tibbi müayinədən keçəcəyini əlavə edib: "Davit Volkovini bəyənmişik. Siyahıda olanlar arasından seçdiyimiz oyunçudu. Hazırda bizimlə birlikdədi. Onun haqqında yekun qərarı bu gün də verə bilərik, bir neçə gündən sonra da. İlk olaraq həkim müayinəsindən keçməlidi. Hər hansı bir problem çıxmasa müqavilə bağlayacaq".

Qeyd edək ki, Davit Volkovi geridə qalan mövsüm "Saburtalo" ilə Gürcüstan çempionu olub. Tbilisi klubu ilə müqavilə müddəti bitdiyi üçün "Qəbələ"yə azad agent kimi keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest