"İnter" kapitanı Mauro İkardi ilə yeni müqavilə bağlayacaq. Matç.az saytı xəbər verir ki, bunu "neradzurra"nın prezidenti Stiven Can deyib.

O, argentinalı forvardla anlaşacaqlarını söyləyib: "İkardi ilə bağlı hər şey qaydasındadı. Mətbuatda bu barədə yazılması normaldı. İkardi bizim kapitanımızdı. O, əsl peşəkar futbolçudu. Danışıqlarda heç bir problem yoxdu və onunla yeni müqavilə bağlayacağıq".

"İnter"in baş direktoru Cüzeppe Marotta da prezidentin fikirlərini təsdiqləyib: "Azarkeşlər rahat olsunlar, Mauro yeni müqavilə imzalayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest