Polşa millisinin və "Poqon Şetsin" klubunun yarımmüdafiəçisi Katsper Kozlovski Avropa çempionatında rekord müəyyənləşdirib.
 
Matc.az xəbər verir ki, qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan İspaniya ilə matçda meydana çıxan Kozlovski qitə çempionatları tarixində ən gənc oyunçu olub. O, mötəbər turnirdə 17 yaş 246 günündə debüt edib.
 
Kozlovski 6 gün əvvəl Xorvatiya ilə görüşdə İngiltərə yığmasının xavbeki Ced Bellingemin müəyyənləşdirdiyi rekordu (17 yaş 349 gün) qırıb.
 
Qeyd edək ki, İspaniya - Polşa matçında qalib müəyyənləşməyib – 1:1.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest