Həmkarlarımız "Trabzonspor"da heç nə ilə yadda qalmayan forvardın Rusiya klubunda da özünü yaxşı tərəfdən göstərə bilmədiyini vurğulayıblar.

"Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Türkiyə mətbuatında gündəmə gəlib. Matç.az xəbər verir ki, "Trabzonspor"a yaxınlığı ilə bilinən 61saat.com saytı Azərbaycan millisinin hücumçusunun hazırkı durumuna toxunub.

Həmkarlarımız "Trabzonspor"da heç nə ilə yadda qalmayan forvardın Rusiya klubunda da özünü yaxşı tərəfdən göstərə bilmədiyini vurğulayıblar: "Trabzonspor" onun transferi üçün "Zenit"ə yetişdirmə pulu ödəmişdi. Ancaq burda daha çox başqa klublara icarəyə verilməsi ilə yadda qaldı. Şeydayev indi də "Krılya Sovetov"da ehtiyat oyunçular skamyasına həbs olunub".

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 4 matçda meydana çıxan Ramil Şeydayev bunun yalnız 1-də start heyətində çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest