İngiltərənin "Arsenal" klubunun və Danimarka milli komandasının sabiq hücumçusu Niklas Bendtner karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu özü açıqlama verib.
 
Bendtnerin son klubu Danimarka "Kopenhagen"i olub. O, 2020-ci ilin avqustundan işsiz idi.
 
Hücumçu daha əvvəl İngiltərədə "Arsenal", "Sanderlend", "Nottinqem Forest", Almaniyada "Volfsburq", İtaliyada "Yuventus" kimi klublarda çıxış edib.
 
Bendtner Danimarka millisində 81 oyuna 30 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest