"Neftçi"nin albaniyalı yarımmüdafiəçisi Bruno Teluşi paytaxt təmsilçisindən ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
 
ötən ilin oktyabrından "Neftçi"də çıxış edən 30 yaşlı oyunçunun "ağ-qaralar"la müqaviləsi cari mövsümün sonunadə qədər idi. Amma paytaxt klubu bu futbolçunu heyətində saxlamaqda maraqlı deyil. Teluşinin geridə qalan mövsümdə də bu komandanın aparıcı oyunçularından olduğunu demək olmaz. O, Azərbaycan çempionu olduğu bu komandanın heyətində cəmi 9 Premyer Liqa matçının iştirakçısı olub.
 
Bruno "Neftçi"dən ayrılsa da, yenidən Azərbaycanda qalacaq. Albaniyadan olan həmkarlarımızın iddiasına görə, "Zirə" bu futbolçunun xidmətində maraqlıdır. Yaxın günlərdə bu transferin tam rəsmiləşməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest