"İnanıram ki, komandamız vəsiqə qazanacağı halda, Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcək"

"Sabah"la yeni müqavilə bağladığıma görə çox şadam. İnanıram ki, birlikdə növbəti mövsümdə qarşımıza qoyulan hədəfə çata biləcəyik". Matc.az xəbər verir ki, bunu "Sabah"ın serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib.

Təcrübəli futbolçu yeni baş məşqçinin özəlliklərindən və komandasının gələcək perespektivlərindən də söz açıb: "Ramin Quliyev gənc və çox perspektivli mütəxəssisdir. öz məşqçilər heyəti ilə futbolçularla dil tapmağı bacardı və bu da, mövsümün sonunda müsbət nəticələr qazanmağımıza səbəb oldu.

ümid edirəm ki, bu uğurlu fəaliyyət bundan sonra da davam edəcək. Futbol çox maraqlı oyundu, çünki heç kim sabah nə olacağını dəqiq deyə bilməz.

Ancaq biz nə istədiyimizi dəqiq bilirik. "Sabah" bir klub kimi avrokuboklarda iştirak etməyə layiqdir. İnanıram ki, komandamız vəsiqə qazanacağı halda, Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcək" (sportinfo).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest