Futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev bu gün Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama matçını şərh edib.

Futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev bu gün Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama matçını şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bu gün meydanda bacardığımızı etdik. Baxmayaraq ki, optimal heyətlə mübarizə aparmırdıq. Azərbaycan millisinin oyununa bələd idik. Bilirdik ki, yaxşı futbol oynayır. Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi. Rəqib bu gün güclü idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest