"Neftçi" klubu futbolçu Turan Vəlizadə ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək "ağ-qaralar"a məxsus olacaq.
 
2020/2021 mövsümünü icarə əsasında "Keşlə"də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.
 
Turan Vəlizadə 2018-2020-ci illər ərzində "Neftçi"nin heyətində 2 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest