Son olaraq Fransanın "Monako" komandasında baş məşqçilik edən Leonardo Jardimin yeni iş yeri məlum olub.
 
Matc.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ı çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Jardimlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Jardim son olaraq "Monako"nu çalışdırıb. Portuqaliyalı mütəxəssis 2019-cu ilin dekabrından işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest