İtaliyanın "Sampdoriya" klubu hücumçusu Fabio Kvalyarella ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni müqaviləyə əsasən, 38 yaşlı forvard 2022-ci ilin yayına qədər "Sampdoriya"nın uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki anlaşmanın müddəti bu yay bitirdi.
 
Fabio Kvalyarella 2016-cı ildən "Sampdoriya"nın formasını geyinir. İtaliya yığmasının sabiq üzvü olan təcrübəli futbolçu, geridə qalan mövsümdə meydana çıxdığı 33 oyunda 13 qol vurub. Bütövlükdə o, bu komandanın heyətində 191 matçda 85 qolla yadda qalıb.
 
Qeyd edək ki, Kvalyarella "Torino"nun yetirməsidir. O, Turin klubunda olarkən icarə əsasında "Fiorenitna" və "Kyeti"də icarədə oynayıb. Sonralar isə Fabio "Askoli", "Udineze", "Napoli" və "Yuventus"da oynayıb. 2014-cü ildə "Yuventus"dan ayrılandan sonra o, yetirməsi olduğu "Torino"ya qayıdıb. Burada iki mövsüm keçirdikdən sonra isə "Sampdoriya"ya üz tutub. Hansı ki, forvard 2006/27 mövsümündə də bu komanda oynamış və 42 görüşdə 14 qolla yadda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest