Moskva "Spartak"ının "Rostov"dan transfer etdiyi Ayaz Quliyev komandasına qoşulub. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, "Rostov"un Antalya toplanışını tərk edərək, Moskvada "Spartak"la rəsmi müqaviləyə qol çəkən azərbaycanlı futbolçu ordan da təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib.

22 yaşlı yarımmüdafiəçi "Spartak"a dönüşü ilə bağlı ilk açıqlamasını da verib. O, sevimli komandasına qayıtdığı üçün xoşbəxt olduğunu söyləyib: "Əhval-ruhiyyəm yüksəkdi. Döndüyüm üçün sevinirəm. Hədəfləri hələ düşünmürəm, çünki yeni gəlmişəm. Məşqlərə başlayaq, qalanına sonra baxarıq. Türkiyədə Moskvaya, ordan isə Birləşmiş Ərəb Əmirliklərinə gəldim. Bu gün məşqlərə başlayacağıq".

Qeyd edək ki, "Spartak" Ayaz Quliyevi 1 milyon avroya transfer edib. Onun Moskva klubunda illik qazancı 1,2 milyon avro olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest