Dövrələrarası fasilədə heyətində təmizləmə işləri aparan "Qalatasaray" transfer çalışmalarına da start verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul nəhəngi 2 transfer həyata keçirib.

Onlardan biri yerli, digəri isə əcnəbi futbolçudu. Türkiyə yığmasına da dəvət edilən "Bursaspor"un sol cinah müdafiəçisi Əmrə Taşdemir və "Atletiko Paranaense"nin mərkəz müdafiəçisi Markao ikinci dövrədən "cim-bom"un şərəfini qoruyacaq. Əmrə "Bursaspor"la yollarını ayırdığı üçün onun keçidi "cim-bom"a havayı başa gəlib.

Qeyd edək ki, 2015-ci ildən müqavilə ilə "Atletiko Paranaense"yə məxsus olan 22 yaşlı Markao müxtəlif klublarda icarə əsasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest