Antalyanın Lara bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sabah" yanvarın 12-də toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Matç.az xəbər verir ki, təmsilçimizin rəqibi Türkiyənin birinci liqa təmsilçisi "Əskişəhiəspor" olacaq.

Görüş Bakı vaxtı ilə saat 16:30-da (yerli vaxtla 15:30) başlayacaq. Qarşılaşma "Titanik" otelinin stadionunda keçiriləcək.

Qeyd edək ki, paytaxt təmsilçisi yanvarın 16-da Qazaxıstanın "Tobol", 19-da isə Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, rəqib dəqiqləşməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest