Tərəflər 7 milyon avroluq məbləğdə ilkin razılıq əldə ediblər. Danışıqlarda yalnız xırda detallar qalıb və yaxın günlərdə Belhandanın da keçidi açıqlanacaq.

"Qalatasaray" daha bir əcnəbi futbolçusu ilə yollarını ayırır. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Yunes Belhanda komandasını dəyişməyə hazırlaşır.

Qari Rodrigesi 10 milyon avroya Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a satan "cim-bom" Belhanda məsələsini də bu klubla həll edir. Məlumatda bildirilir ki, tərəflər 7 milyon avroluq məbləğdə ilkin razılıq əldə ediblər. Danışıqlarda yalnız xırda detallar qalıb və yaxın günlərdə Belhandanın da keçidi açıqlanacaq.

Qeyd edək ki, Belhanda "Qalatasaray"a ötən mövsümün əvvəlində 9 milyon avro müqabilində Kiyev "Dinamo"sundan keçmişdi. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm 15 matçda 5 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest