Avropa və Cənubi Amerikanın ən güclü klublarının mübarizə apardığı Qitələrarası kubok bərpa edilməyə yaxındı. Matç.az saytı xəbər verir ki, klublararası dünya çempionatında intriqanın aşağı olmasından narahat qalan UEFA və KONMEBOL əvvəlki yarışı bərpası ilə bağlı danışıqlara start verib.

1960-2004-cü illərdə Avropada çempionlar Liqasını (əvvəl çempionlar kuboku) və Cənubi Amerikada Libertadores kubokunu qazananların duelinə maraq daha böyük idi. Əvvəl iki matçdan ibarət olan, sonra isə Yaponiyada təşkil edilən oyunda qalibi müəyyənləşən yarış yerini klublararası dünya çempionatını vermişdi.

İki qitənin futbol qurumu təkcə Qitələrarası kubokun bərpası ilə kifayətlənmək fikrində deyil. Tərəflər Avropa Liqası və Sudamerikana kubokunun qalibi arasında da analoji kubokun oynanılmasını müzakirə edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest