"Keşlə"dən ayrılan Orxan Sadıqlının yeni komandası müəyyənləşmək üzrədi. 25 yaşlı qolkiper "Zirə" ilə müqavilə bağlamağa yaxındı.

"Keşlə"dən ayrılan Orxan Sadıqlının yeni komandası müəyyənləşmək üzrədi. Matç.az saytının məlumatına görə, 25 yaşlı qolkiper "Zirə" ilə müqavilə bağlamağa yaxındı.

Hər halda tərəflər arasında ilkin danışıq baş tutub. Bu gün isə qapıçı ilə "Zirə" rəhbərliyi arasında son görüş olacaq. Əgər şərtlər üst-üstə düşsə, Sadıqlı mövsümün ikinci yarısını Samir Abasovun rəhbərliyi altında keçirəcək. Müqavilə müddəti bugünkü görüşün gedişinə görə müəyyənləşəcək.

Qeyd edək ki, mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən Orxan Sadıqlı müqavilə ilə məxsus olduğu "Keşlə"yə qayıtsa da, orda da qalmayıb. Nəticədə qolkiper azad agent statusuna yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest