Azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni klubunun adına aydınlıq gəlib. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, "Rostov"un yarımmüdafiəçisi Moskva "Spartak"ına qayıdıb.

"Rostov"un Antalya toplanışını tərk edən 22 yaşlı oyunçu Moskvaya qayıdıb. Quliyev "Spartak"la uzunmüddətli müqavilə bağladıqdan sonra komanda ilə birlikdə təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Bu keçid "Rostov"a 1 milyon avro qazanc gətirib. Ayazın yeni komandasında illik məvacibi isə 1,2 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Ayaz Quliyev "Spartak"ın yetirməsidi. O, "Rostov"a ötən yay məhz bu klubdan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest