İsveçrə mətbuatı ümidləri doğrultmayan futbolçularla bağlı araşdırma aparıb. Matç.az saytı xəbər verir ki, siyahıda iki tanış sima da var.

Ən uğursuz "11-lik" gənc yaşlarında böyük gələcək vəd edən, İsveçrə yığmasının ümidi sayılan, lakin bacarığından lazımınca yararlanmayan oyunçulardan qurulub. Hansı ki, yerli KİV həmin futbolçuların indi kiçik liqalarda həvəskar səviyyədə futbol oynadıqlarını vurğulayıb.

Hazırda karyerasını davam etdirən və getdikcə unudulan "11-liy"in çərçivəsində vaxtilə "Neftçi"nin formasını geyinmiş Conni Leoni "durur". "Sürix"in heyətində 3 dəfə İsveçrə çempionu olmuş 34 yaşlı qolkiperin karyerasında eniş 2012-ci ildə yaşandı. Əvvəlcə Kipr "Omoniya"sına, 2013-cü ildə isə ordan "Neftçi"yə keçən Leoni bakılıların heyətində cəmi 6 ay qalıb. Qapıçı bu ilin yanvarından klubsuzdu.

Uğursuz komandanın "qol silahı" isə hazırda "Qarabağ"ın formasını geyinən İnnosent Emeqaradı. Nigeriya əsilli forvarda gənc yaşlarında böyük ümidlər bəslənilirdi. Fransa və İtaliya macəraları dövründə İsveçrə yığması ondan çox şey gözləyirdi. Lakin tez-tez ölkə və klub dəyişməsi onun oyununa da mənfi təsir edib. 2014-cü ilin sonlarında "Qarabağ"a gəldiyi zaman hələ də milliləşdirilmiş futbolçudan yüksəliş gözlənilirdi. Ancaq hazırda yığmada ona yer yoxdu. Buna baxmayaraq, isveçrəlilər indi də 29 yaşlı hücumçunun əsl səviyyəsini göstərəcəyinə ümid edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest