2015-ci ildən bu yana hər yanvarda keçirilən Pro Wrestling Liqada 3 qat dünya çempionumuz növbəti dəfə iştirak edəcək. Əliyev bu dəfə "MP Yodha" komandasında çıxış edəcək.

Uzun müddətdi zədəli olan güləşçi Hacı Əliyev yenidən döşək üzərinə çıxacaq. Matç.az saytını məlumatına görə, Olimpiya mükafatçımız dizindəki zədəsini sağaltdıqdan sonra bu il ilk yarışı Hindistanda çıxacaq.

2015-ci ildən bu yana hər yanvarda keçirilən Pro Wrestling Liqada 3 qat dünya çempionumuz növbəti dəfə iştirak edəcək. Əliyev bu dəfə "MP Yodha" komandasında çıxış edəcək.

Bu komandanın heyətində qadınlardan ibarət yığmamızın üzvü Elis Manolova (62 kq) da yer alıb. Digər təmsilçimiz Tatyana Omelçenko (62 kq) isə "Haryana Hammers" komandasının tərkibində mübarizə aparacaq.

Yarış yanvarın 14-dən 31-dək davam edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest