Antalyada təlim-məşq toplanışında olacaq "Zirə"nin daha bir rəqibi müəyyənləşib. Matç.az-ın Bolqarıstanın gong.bg saytına istinadən məlumatına görə, paytaxt klubu bu ölkənin komandası ilə qarşılaşacaq.
 
Belə ki, Samir Abasov yetirmələrini Bolqarıstanın "Septemvri" klubu ilə görüşdə sınayacaq. Sofiyalılarla oyun yanvarın 26-da baş tutacaq. Bu, "Zirə"nin toplanış çərçivəsində son yoxlama görüşü olacaq.
 
Qeyd edək ki, yanvarın 15-də "Taraz" (Qazaxıstan), 18-də isə "Konkordiya" (Rumıniya) ilə qarşılaşacaq "Zirə"nin 4-cü rəqibi bəlli deyil. Komanda yanvarın 27-də vətənə dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest