"Keşlə" daha bir futbolçu ilə yollarını ayırıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Orxan Sadıqlı yola salınıb.

Mövsümün ilk dövrəsini icarə əsasında "Sumqayıt"da keçirən Sadıqlı geri qayıtsa da, baş məşqçi Tərlan Əhmədova lazım olmayıb. Bu üzdən onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu, qış fasiləsində "Keşlə"də 7-ci ayrılıq olub. Buna qədər Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami, Elnur Cəfərov və Məmməd Quliyev yola salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest