Qeyd edək ki, "Neftçi" cari mövsümdə "Qəbələ" (4:1), "Zirə" (4:0) və "Keşlə"ni (3:0) bir, "Səbail"i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"ə 4:0 hesabı ilə qalib gələn "Neftçi" mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.
 
Matc.az xəbər verir ki, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir.
 
Paytaxt təmsilçisi 2010/11 mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il "ağ-qaralar" 6 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 dəfə rəqibini böyük fərqlə məğlubiyyətə edib.
 
Qeyd edək ki, "Neftçi" cari mövsümdə "Qəbələ" (4:1), "Zirə" (4:0) və "Keşlə"ni (3:0) bir, "Səbail"i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest