Azərbaycan milli komandasının hücumçusu Anatoli Nuriyev "Minay" klubundan ayrıla bilər.
 
Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu "Kolos" klubuna keçə bilər. Bu barədə "Meta-ratings.com.ua" saytı məlumat yayıb.
 
"Minay" Ukrayna Premyer Liqasını tərk edib. Nuriyevin Ujqorod təmsilçisi ilə olan müqaviləsində belə bir maddə var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, oyunçu azad agent statusu alacaq. "Kolos" isə bundan yararlanaraq, Nuriyevi heyətinə qatmaq niyyətindədir.
 
Nuriyev bu mövsüm Ukrayna çempionatında 24 oyuna 10 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest