Bu gün futbol üzrə Azərb aycan Premyer Liqasında 26-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub. 

Əvvəlcə "Zirə" doğma meydanda "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb. 

Turun qapanış matçında isə "Qarabağ" "Sabah"la üz-üzə gəlib. Ağdam təmsilçisi liderliyini qorumaq üçün mütləq qələbə qazanmalıydı. Əks halda, bir gün əvvəl qələbə qazanan "Neftçi" çempionluq yarışında yenidən önə keçmiş olacaqdı. Amma Ağdam klubu darmadağınla qalib gələrək buna imkan verməyib.
 
Xatırladaq ki, dünən "Neftçi" səfərdə "Səbail"ə 4:0, "Sumqayıt" isə "Keşlə"yə 1:0 hesabıyla qalib gəlib.
 
Azərbaycan Premyer Liqası
26-cı tur
9 may
 
"Zirə" – "Qəbələ" 0:0
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
 
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
 
Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov.
Baş məşqçi: Elmar Baxşıyev.
 
 
"Sabah" – "Qarabağ" 0:4
Qol: 
A.Zubir, 28. M.Emreli, 32. X.Romero, 41. M.Medvedev, 45+3-pen.
"Bank Respublika Arena". Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
 
Sabah: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqes, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 6. Şakir Seyidov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rustam Samigullin, 17. Məhəmməd Mirzəbəyov, 28. Kevin Kubemba, 48. Dmitro Klots, 38. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Ramin Quliyev.
 
Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 9. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 95. Məmməd Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest