"Yuventus"un futbolçusu Paulo Dibala mövsümün sonunda klubunu dəyişə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb "qoca sinyora"nın yay transferlərinə çox pul xərcləmək istəyidi.

Xüsusən də, "Mançester Yunayted"dən Pol Poqbanı almağı hədəfləyən turinlilər maliyyə feyr-pleyinə "ilişməmək" üçün Dibalanı satmağı planlaşdırır. Artıq "Bavariya", "Mançester Siti" və PSJ Argentina millisinin üzvü üçün italyanlara müraciət edib. "Yuve" onu minimum 100 milyon avroya satmaq niyyətindədi.

Qeyd edək ki, Paulo Dibala "Yuventus"a 2015-ci ildə "Palermo"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest