Ən yaxşı qapıçı da Dortmund klubunun üzvüdü. Belə ki, Roman Byurki (18,7%) ən çox səs toplayıb. Onu "Leypsiq"in dəri əlcək sahibi Peter Qulaçi (17,8%) izləyib.

Almaniyanın məşhur "Kicker" jurnalı Bundesliqada ilk dövrənin ən yaxşı futbolçusu ilə bağlı sorğu keçirib. Matç.az saytı xəbər verir ki, səsvermədə bu çempionatda çıxış edən 214 futbolçu iştirak edib.

Nəticədə dövrənin ən yaxşısı Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys seçilib. O, respondentlərin 44% səsini toplayıb. Roysun komanda yoldaşı Aksel Vitsel 8,9% səslə ikinci olub. "Borussiya"nın digər üzvü Ceydon Sanço və "Ayntraxt"ın hücumçusu Luka Yoviç üçüncü yeri (7,9%) bölüşüblər.

Ən yaxşı qapıçı da Dortmund klubunun üzvüdü. Belə ki, Roman Byurki (18,7%) ən çox səs toplayıb. Onu "Leypsiq"in dəri əlcək sahibi Peter Qulaçi (17,8%) izləyib. İlk "üçlüy"ü Mönhenqladbax "Borussiya"sının qolkiperi Yan Zommer (11,7%) qapayıb.

Mövsümün kəşfi sorğusunda Ceydon Sanço (38,3%) hamını qabaqlayıb. İlk "beşlik"dəki digər yerlər belədi: Luka Yoviç (23,4%), Pako Alkaser ("Borussiya" Dortmund - 6,1%), Kay Xaverts ("Bayer" - 4,7%), Ris Nelson ("Hoffenhaym" - 3,3%).

Ən uğursuz çıxış edənlərin sıralamasında ilk "üçlüy"ü "Bavariya"nın futbolçuları tuturlar. Mats Hummels 15,4%, Jerom Boatenq 13,6%, Tomas Müller isə 7,9% səs toplayıb. Yalnız "Ştutqart"ın hücumçusu Mario Qomes Müllerə şərikdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest