Bakıda təlim-məşq toplanışında olan "Keşlə" transfer çalışmalarını da sürətləndirib. Paytaxt təmsilçisi bu gün daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirəcək.

Bakıda təlim-məşq toplanışında olan "Keşlə" transfer çalışmalarını da sürətləndirib. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirəcək.

"Zirə"dən Vüsal İsgəndərlini heyətinə cəlb edən bakılılar daha bir yerli ilə yanaşı, bir əcnəbi oyunçu ilə də anlaşıb. ötən mövsümün sonunda "Səbail"lə yollarını ayıran Emin Mehtiyev yenidən Premyer Liqada "Keşlə"nin heyətində çıxış edəcək. 26 yaşlı yarımmüdafiəçi cari mövsümün ilk yarısını I divizion təmsilçisi "Qaradağ Lökbatan"da keçirib.

"Keşlə"nin ilk əcnəbi transferi isə Syerra-Leone yığmasının dayaq yarımmüdafiəçisi Con Kamaradı. Qazaxıstan klubu "Kaysar"la yollarını ayıran 30 yaşlı futbolçu artıq Bakıdadı. Hazırda tibbi müayinədən keçən Kamara ardından rəsmi sözləşməyə qol çəkəcək.

Hər iki oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest