Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Matc.az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytına məlumat yer alıb.
 
"Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkəmizin futbol ictimaiyyəti adından ağır itki ilə bağlı dərin hüznlə başsağlığı verir, mərhumun doğmalarına səbir diləyir.
 
Allah rəhmət eləsin!" - başsağlığıda bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest