Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Yulian Vayqlın taleyinə aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, almanlar gənc futbolçu üçün PSJ-dən gələn təklifi geri çevirib.

Fransa çempionu 23 yaşlı xavbeki bu ay heyətinə cəlb etmək niyyətində idi. Lakin baş məşqçi Lusyen Favrın "yox" cavabından sonra "Borussiya" rəhbərliyi qarşı tərəfin təklifini rədd edib. Favr Vayqlı belçikalı Aksel Vitselə layiqli əvəzləyici hesab edir.

Qeyd edək ki, bir müddət əvvəl Vayqlın az oyun şansı əldə etdiyi üçün klubunu dəyişmək fikrinə düşdüyü yazılmışdı. O, Bundesliqanın liderinin heyətində bu mövsüm cəmi 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest