Mövsümün sonunda orta sahəni gücləndirməyi planlaşdıran "Yuventus" iki futbolçunu transfer etməkdə israrlıdı. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, hədəf "Arsenal"lı Aron Remsi və "Mançester Yunayted"li Pol Poqbadı.

"Arsenal"la müqavilə müddəti mövsümün sonuna qədər olan Remsi turinlilərlə ilkin razılıq əldə edib. Poqba üçün isə ilk növbədə klubunu razı salmaq vacibdi. "Qoca sinyora" hər iki keçidi reallaşdıra bilsə, yayda Miralem Pyaniç və Sami Xediranı satacaq. Pyaniçin də "Mançester Yunayted"in gündəmində olması onun Poqba ilə dəyişdirilmə ehtimalını gücləndirir.

Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illərdə "Yuventus"un şərəfini qoruyub və daha sonra 105 milyon avroya "Mançester Yunayted"ə transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest