İspaniya La Liqa2-də XX turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun komandası "Alkorkon" bu turu səfərdə keçirib.

Rəqib "Ekstramadura" olub. Birinci hissədə 1, fasilədən sonra isə 2 dəfə qonaqları cəzalandıran "Ekstramadura" 3:0 hesablı qələbəyə sevinib. Qarşılaşmada 90 dəqiqəni əvəz edilmədən keçirən Eddi 87-ci dəqiqədə sarı vərəqə almaqla fərqlənib.

Qeyd edək ki, "Alkorkon" hazırda 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest