"Mançester Yunayted"in yarımmüdafiəçisi Andreas Pereyra karyerasını İtaliyada davam etdirəcək. Matç.az saytı xəbər verir ki, 23 yaşlı futbolçu "Fiorentina"ya keçib.

Belə ki, Florensiya təmsilçisi onu mövsümün sonuna qədər icarəyə götürüb. Yayda MY ilə müqavilə müddəti bitəcək Braziliya millisinin üzvü həmin vaxt istənilən kluba azad agent statusunda keçə biləcək.

Qeyd edək ki, son iki mövsümü icarə əsasında müvafiq olaraq "Qranada" və "Valensiya"da keçirən Andreas Pereyra "Mançester Yunayted"in heyətində ümumilikdə 21 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest