Xəbərdə İspaniyanın "Atletiko" və "Barselona", İngiltərənin "Çelsi", "Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Mançester Siti" klublarının fikirlərini dəyişdiyi qeyd olunur.

Avropa Super Liqasının yaradıcılarından olan 7 klub layihədən geri çəkilməyə qərar verib.
 
Matc.az xəbər verir ki, belə bir iddianı Britaniya mətbuatı yayıb.
 
Xəbərdə İspaniyanın "Atletiko" və "Barselona", İngiltərənin "çelsi", "Mançester Yunayted", "Liverpul", "Arsenal"  və "Mançester Siti" klublarının fikirlərini dəyişdiyi qeyd olunur.
 
Artıq sözügedən klubların müvafiq sənədləri hazırladıqları qeyd olunub. Klubların geri addım atmağında yerli futbol federasiyalarının təzyiqi və azarkeşlərin bu layihəyə sərt reaksiya verməsinin böyük rol oynadığı bildirilir.
 
Hətta bəzi nəşrlər Avropa Super Liqası layihəsinin ləğv edildiyini yazıb. "TalkSport"un iddiasına görə, 12 klubun iştirakı ilə növbəti toplantı keçirilib. Məhz bu toplantıda turnirin ləğv edilməsi haqda qərar qəbul olunub. Lakin bu iddialar hələlik rəsmən təsdiqlənməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest